Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:51

«Əsas məsələ buradan getməkdir»


«Mən cəhd etmişəm, amma götürməyiblər, iş yeri yoxdur. Onlar 25-30 yaşlı işçilər istəyir, bizləri yox»
«Mən cəhd etmişəm, amma götürməyiblər, iş yeri yoxdur. Onlar 25-30 yaşlı işçilər istəyir, bizləri yox»
Ermənistanın Şirak regionunda miqrasiyanın səviyyəsi hər zaman ölkə üzrə orta göstəricidən yüksək olub. Hətta rəsmi məlumatlarda da bu belədir. Bu regionda hər iki ailədən birinin üzvü xaricdədir. 3-4 kişisi evdən gedən ailələr, ya da bütün ailəliklə əsasən də Rusiyaya köçənlər var.

Bu gün isə vəziyyət dəyişib, xaricə gedənlər ya artıq gedib, ya da əliboş qayıtmağa macal tapıblar.

Rəngsaz Aşot Sarqisyanın ailəsi son 7 ildə onun Rusiyadan göndərdiyi pulun hesabına dolanırdı. Bu il isə o hələ xaricə getməyib və gedib-getməyəcəyi də bəlli deyil. Aşot xatırlayır ki, keçən ilin bu ayı o artıq ailəsinə 2 dəfə pul göndərmişdi:

«Bu il böhrana görə gedə bilmədim. Burda iş yoxdur. İndi də getməyi arzulayıram, çünki buradan ümid yoxdur. Bizi çağırırdılar, firmada işləyirdik, hər şey qaydasında idi. Hər ay mütəmadi olaraq 500 dollar göndərirdim».

2008-ci ilin məlumatına görə, Ermənistana daxil olan köçürmələrin sayı 60 faiz azalıb. Bu da təbii ki, Ermənistandakı vəziyyətə təsirsiz ötüşməyə bilməz. Mən istərdim Ermənistandakı böhranı 2 hissəyə ayırım. Birinci, biz qlobal maliyyə böhranından kənarda qala bilmərik. Bunun nəticəsində Ermənistana köçürmələrin sayı azalıb



İndi Aşotun ailəsi ehtiyat pulun hesabına güclə dolanır və gözləyir ki, Aşotu bir də işə nə zaman çağıracaqlar. Ailə başçısı işləmədiyindən 2 tələbə övladlarının məsələsi də açıq qalmaqdadır. Aşotun yoldaşı Ruzanna deyir ki, təhsil ödənişin vaxtı yaxınlaşır, ancaq onlar ödəniş etmək iqtidarında deyillər:

«Bizim ailədə 2 tələbə var, yəqin onlar təhsillərini davam etdirə bilməyəcəklər. Çünki biz ödəyə bilməyəcəyik. Əgər Rusiyada böhran varsa, pul yoxdursa, burada iş yoxdur. Onlar nəyə güvənib oxuyacaqlar?»

İşsiz və gəlirsiz qalan ailə faktiki olaraq yoxsulluq astanasındadır.

Ruzannanın özü də bir neçə dəfə iş tapmağa çalışsa da, səyləri nəticəsiz qalıb:

«Mən cəhd etmişəm, amma götürməyiblər, iş yeri yoxdur. Onlar 25-30 yaşlı işçilər istəyir, bizləri yox. İş qabiliyyətli olsaq da bizi heç kim işə almır. İndi heç kim borc vermir. Alsam da borcu sonradan qaytara da bilmərəm. Dostdan, qohumdan, valideynlərdən nə qədər pul almaq olar? Axı hamı pis vəziyyətdədir. Nə xaricdə işə ümid var, nə də burada».

Ermənistanın ikinci şəhəri Gümrüdən xarici ölkələrə işləməyə gedənlərin bir hissəsi artıq işsizlər ordusuna qoşulub. Son aylar Yerli Məşğulluq Mərkəzlərinə müraciət edənlərin sayı 2 dəfə artıb.

Mərkəzin rəhbəri Amalya Adamyan:

«Əgər ötən ilin martında 256 adam saymışdıqsa, bu ilin martında bu göstərici 266-a çatıb. Bizdə hər zaman işsiz qadınların sayı yüksək olub. Ötən ilin bu vaxtında işsiz qadınlar 75 faiz idisə, bugünkü rəqəmlərə görə 60 faizdir. Yəni 15 faiz azalıb. Ancaq işsiz kişilərin sayı - əskinə - artıb. Bu onunla əlaqədardır ki, əvvəllər xaricə işləməyə gedən kişilər indi ölkədə qalıblar».

Gümrü küçələrində xaricdə muzdla işləyən adamları axtarıb tapmaq çox asandır. Şəhər sakinləri ilə söhbətdən aydın olur ki, hamının xaricdə işləmək təcrübəsi var.

«Mən əvvəlki illər getmişəm. Bu il yox, işə ümid etmirəm, iş heç xaricdə də yoxdur. Yaşayıb baxarıq, Allah rəhmdir;
«Bu il heç xaricdə də iş yoxdur. Bilmirəm orada da vəziyyət çox ağırdır;
«- Bu həftənin cümə axşamı yola düşürəm.
- Bəs orada iş var?
- Bilmirəm, əsas məsələ buradan getməkdir».

Maliyyə-iqtisadi böhranına görə, işsizlərin sayı artan kimi məlum oldu ki, Ermənistan iqtisadiyyatı özəl transferlərə əsaslanıb. Ancaq pul köçürmələri indi kəskin şəkildə azalıb.

İqtisadçı Artur Arakelyan deyir ki, iqtisadiyyatı köçürmələrə və idxala əsaslandırmaq normal deyil.

«2008-ci ilin məlumatına görə, Ermənistana daxil olan köçürmələrin sayı 60 faiz azalıb. Bu da təbii ki, Ermənistandakı vəziyyətə təsirsiz ötüşməyə bilməz. Mən istərdim Ermənistandakı böhranı 2 hissəyə ayırım. Birinci, biz qlobal maliyyə böhranından kənarda qala bilmərik. Bunun nəticəsində Ermənistana köçürmələrin sayı azalıb».

İqtisadçı deyir ki, ikincisi, bu böhran özüylə sosial gərginlik gətirəcək. Özü də o zaman ki, xaricdə yaşayan ermənilərin qayıdacağı gözlənilir.

Bəlkə də ilk dəfədir – Ermənistanda immiqrasiya təhlükə kimi səslənir. Çünki aydın məsələdir - gələnlər iş tələb edəcəklər. Bazar isə bu tələbi ödəmək iqtidarında deyil. Bu sosial sarsıntıya gətirəcək.

İqtisadçı Artur Arakelyanın sözlərinə görə, yaranmış vəziyyətdə optimist olmaq çətindir, çünki hamı ilə birlikdə biz də uçuruma yuvarlanırıq.
XS
SM
MD
LG