İyunun 16-da bir qrup AXCP fəalı İran səfirliyinin qarşısında «İranda yaşayan azərbaycanlılara təzyiqlərə son qoyulsun!» tələbiylə etiraz aksiyası keçirməyə cəhd ediblər. Şəhər polisi onları səfirliyin qarşısına buraxmayıb, iştirakçılar yaxınlıqdakı M.F.Axundov bağına yığışıblar. Polis aksiyanı dağıdıb. Buna baxmayaraq, aksiya iştirakçıları piketin qətnaməsini səfirliyə təqdim ediblər.
AXCP-nin mətbuat katibi İsaq Əvəzoğlunun verdiyi məlumata görə, 10-a yaxın iştirakçı polis tərəfindən saxlanılıb. Təşkilat üzvlərindən Turan Əliyevin ayağına xəsarət yetirilib.