Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:15

Köçkünlərin dükanları söküldü


Məcburi köçkünlər dükanların yeganə dolanışıq yerləri olduğunu əsas gətirsələr də, rəsmilər qərarın dəyişməyəcəyini bildiriblər
Məcburi köçkünlər dükanların yeganə dolanışıq yerləri olduğunu əsas gətirsələr də, rəsmilər qərarın dəyişməyəcəyini bildiriblər
Aprelin 21-də Zəngilan rayonundan məcburi köçkünlərin Bakının Nəsimi rayonu ərazisində yerləşən dükanlarını sökürlər. Nəsimi və Zəngilan rayon icra hakimiyyətləri nümayəndələrinin apardığı danışıqlarından sonra mənzil istismar idarəsinin əməkdaşları dükanların sökülməsinə başlayıblar.

Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri «Azadlıq» radiosuna bildiriblər ki, ərazidə antisanitariya hökm sürdüyü üçün bütün dükanların sökülməsinə qərar verilib.

Köçkünlərin dükanları sökülür
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00
Direct-ə keçid


Məcburi köçkünlər dükanların yeganə dolanışıq yerləri olduğunu əsas gətirsələr də, rəsmilər qərarın dəyişməyəcəyini bildiriblər. İcra nümayəndələri məcburi köçkünlərə məşğulluq üçün bundan sonra hansısa şərait yaradılacağı ilə bağlı heç bir məlumat verməyiblər. Yalnız dükan sahiblərinə mallarını boşaltmaq üçün 1 saat vaxt verilib.

Ərazidə söküntü işləri davam edir.

XS
SM
MD
LG