Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

İlham Əliyev ağacların kəsilməsinə qadağa qoydu


İlham Əliyev
Bu gündən sonra respublikada ağacların kəsilməsi qadağandır.

2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə prezident İlham Əliyev bununla bağlı icra orqanlarına qəti tapşırıq verib. O, həmçinin ekoloji proqramların icrası və yaşıllıq zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı göstəriş də verib.

İ.Əliyev bildirib ki, Bakı və paytaxt ətrafında ən azı 3 milyon ağac əkilməlidir:

«Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti təkliflər planı hazırlayıb, ekoloji xəritəni təsdiq etməlidirlər. Bütün bu konkret proqramın icrası üçün tədbirlər planı hazırlanmalıdır. Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir».

İ. Əliyev yerli icra orqanlarına, iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edib:

«Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram».

Prezident ağacların yalnız infrastruktur layihələri icra olunanda və yol genişlənən zaman kəsilə biləcəyini qeyd edib. Amma o, bu problemin ağacların çıxarılaraq başqa əraziyə köçürülməsi hesabına həll ediləcəyini bildirib. / ANSPress /
XS
SM
MD
LG