Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Taliban yaraqlıları Buner rayonundan çıxdıqlarını elan ediblər


Pakistanda Taliban yaraqlıları elan ediblər ki, paytaxt İslamabaddan 100 kilometr aralıda yerləşən Buner rayonundan dəstələrini çıxarırlar. Yaraqlıların nümayəndəsi deyib ki, Svat dərəsindəki bazalarına geri qayıdırlar.

Bundan öncə Amerika Pakistanın təhlükəsizliklə bağlı vəziyyətindən son dərəcə narahat olduğunu bildirib. Amerikanın müdafiə naziri Robert Qeyts Pakistan rəhbərliyini Taliban yaraqlılarının genişlənməsinin qarşısını almağa çağırıb. Qeyts deyib ki, ekstremizm Pakistanın demokratik idarəçiliyinə təhlükə yaradır.

Taliban yaraqlıları dünən Buner rayonuna doğru irəliləyib, ordu və polis bölmələrini atəşə tutub. Nəticədə 1 polis həlak olub.
XS
SM
MD
LG