Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

Aclıq edən tələbələrdən birinin səhhəti pisləşib


19 gündür Müstəqil Azərbaycan Universitetinin (MAU) 50-yə yaxın tələbəsi təhsil hüquqlarının bərpası tələbi ilə aclıq aksiyasını davam etdirir. Tələbələrin Təhsil Nazirliyinə verdiyi möhlət isə iyunun 20-də başa çatır. Onlar tələblərinin yerinə yetirilmədiyi, yəni başqa ali məktəblərə köçürülməyəcəkləri təqdirdə ölkə vətəndaşlığından imtina edəcəklərini bildirirlər. İyunun 19-da tələbələrdən biri Elvin Hüseynovun səhhəti pisləşib.


Nazirliyin mövqeyinə görə hazırda üçüncü və dördüncü kursda oxuyan tələbələri qəbul edərkən MAU rəhbərliyinin buna səlahiyyəti çatıb. Ona görə də həmin tələbələr başqa universitetlərə köçürüləcəklər. Amma hazırda bu ali məktəbin birinci və ikinci kursunda oxuyanları qəbul edərkən universitet qanunsuzluğa yol verdiyi üçün həmin tələbələr başqa ali məktəblərə yerləşdirilə bilməzlər. Təhsil Nazirliyi bu məsələni məhkəmədə araşdırılacağını bəyan edir.


Nazirlik bir müddət öncə qanunsuz tələbə qəbuluna görə MAU-nun lisenziyasını ləğv edib. İyunun 1-dən 70-ə yaxın tələbə aclığa başlayıb. Onlardan bəzisi səhhətindəki problemlərlə bağlı aksiyanı dayandırmağa məcbur olub.
XS
SM
MD
LG