Bakıda Şəhidlər Xiyabanındakı «Türk camesi» kimi tanınan məscidin fəaliyyəti aprelin 27-dən dayandırılıb. Məscidin qapı və pəncərələrinə vurulan elanda bunun təmirlə bağlı olduğu bildirilir. Amma ibadətə gələnlər nədənsə bu elana inanmırlar. Onların bəziləri hesab edir ki, bu, dindarların bir yerə yığılmasından yaranan narahatlıqla bağlı ola bilər. Amma bunu Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatlardan sonra Azərbaycanla-Türkiyə arasında soyuyan münasibətlərin davamı adlandıranlar da var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə burda bir müəmma görmür. Komitənin şöbə müdiri Gündüz İsmayılov deyir ki, «Türk camesi» kimi tanınan məscidin təmirə dayanmasından xəbərdardılar:
«Bu barədə ibadətə gələnlərə əvvəlcədən xəbərdarlıq edilib ki, məscid təmirə dayanır. Amma təmir nə vaxta qədər davam edəcək, bunu biz bilmirik. Onu təmir aparanlar bilir».
Məscidin hansısa siyasi məsələ ilə bağlı bağlanması barədə yayılan məlumatları da şöbə müdiri qəbul etmir. Yeri gəlmişkən, bu tip məlumatları Türkiyənin Azərbaycandakı səfirliyi də təkzib edib.
İlahiyyatçı ekspert Elşad Miri də məscidi iki ölkə arasındakı münasibətlərə aidiyyatı olan bir məsələ saymır. O hesab edir ki, məscidlərin bağlanması, məscidlər ətrafında bir sıra qaranlıq hadisələrin cərəyan etməsi çoxdankı məsələdir. Onun sözlərinə görə, «Qarabağ» mehmanxanasının yanındakı yataqxananın həyətində hər cümə xeyli adam ibadətə yığışırmış. Bir həftə əvvəl türk camesinə təmirlə bağlı vurulan elan həmin yataqxanaya da vurulub:
«Hər cümə müxtəlif yerlərdən gələn 200 nəfərə yaxın adam bu yataqxananın həyətində namaz qılırdı. Ötən cümə ora da təmirlə bağlı elanın vurulduğunu gördük. Yaxınlaşıb soruşduq, dedilər ki, bizə belə hərəkət etmək tapşırılıb».
Elşad Miri deyir ki, bir müddət əvvəl azanla bağlı problemlər də var idi. Daha sonra Bakıdakı «Əbu Bəkr» məscidində iki nəfərin ölümü ilə nəticələnən partlayış törədildi. Elə həmin hadisə nəticəsində də məscid bu günə qədər bağlıdır.
Elşad Miri deyir ki, məscidlərlə bağlı məsələyə rəsmi münasibət açıqlanmayana qədər o, bu barədə konkret fikir söyləməyə çətinlik çəkir.
Ötən gün isə hələ istifadəyə verilməyən Yasamal rayonundakı «Məhəmməd peyğəmbər məscidi» tamamilə sökülüb.
Məscidi tikdirən Valeh Mövsümov deyir ki, bu hadisədən hələ də özünə gələ bilmir:
«Get gör Allahın evini nə günə qoyublar. Bundan böyük Allahsızlıq olar».
V.Mövsümovun sözlərinə görə, məscidi 3-4 il əvvəl tikilməyə başlanıb və ötən ilin oktyabrına qədər ona tikilinin qanunsuzluğu barədə bir kəlmə də söz deyilməyib. O bildirir ki, məscidlə bağlı problem onların qonşuluğunda yeni ticarət mərkəzinin özülünün qazılmasından sonra başlayıb:
«Mən bir bunu bilirəm ki, burda böyük bir biznes mərkəzi tikilir və məscid də ona mane olurdu».
Yasamal rayon Məhkəməsi ötən il noyabrın 28-də bu rayonun İcra Hakimiyyətinin iddiası əsasında «Məhəmməd Peyğəmbər məscidi»nin sökülməsi barədə qətnamə çıxarıb. İddiaya görə, məscidin tikildiyi ərazinin bir hissəsi yaxınlıqdakı Azərbaycan İqtisad Universitetinin tədris korpusuna aiddir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sökülən məscidlə bağlı məsələyə qarışmır. Həmin məscidin tikilməsilə bağlı rəsmi icazənin olmadığını deyən qurumun şöbə müdiri Gündüz İsmayılov hesab edir ki, bu, hüquqi məsələdir:
«Komitənin bu məsələyə hər hansı qarışacağı yoxdur».
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, hələ 2004-cü ildə onları da İçərişəhərdəki «Cümə» məscidindən təmir adı altında çıxarıblar. Amma o, bunu həmin vaxt daha çox fəal olmaları ilə əlaqələndirir. İ.İbrahimoğlu hesab edir ki, bu addımı atanlar görünür, dinin həssaslığının fərqinə varmırlar. Onun fikrincə, əgər «Türk camesi» Türkiyə ilə Ermənistan sərhəddinin açılmasına görə bağlanıbsa, burda yanlışlığı yol verilib. Çünki siyasi məsələlərdə dini faktorlardan istifadə etmək düzgün deyil.