Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:39

Çernobl əlilləri aclıq aksiyası keçirir


Rusiyada Tolyatti şəhərində səkkiz nəfər Çernobl əlili aclıq aksiyasına başlayıb. Çernobl Əlilləri Birliyinin Samara regionu üzrə rəhbəri Nikolay Petruxin aprelin 27-də “Svoboda” radiosuna bildirib ki, onlar yerli hakimiyyətin işıq, qaz və başqa bu kimi məişət xərclərinin yarısını ödəməsini tələb edirlər.

Rusiya qanunları Çernobl əlillərinin həmin xərclərin yarısını ödəmələrini nəzərdə tutur. Aclıq aksiyası keçirən əlillər isə yerli hökumətin qanunun bu tələbini rədd etdiyini deyirlər. Onlar tələb edirlər ki, Səhiyyə və Sosial İnkişaf naziri Tatyana Qolikova Tolyatiyə gəlib yerli rəsmiləri həmin qanunun icrasına məcbur etsin.

1986-cı ildə baş verən Ukraynada Çernobl Atom Elektrik Stansiyasında baş verən qəzada Sovet İttifaqının başqa respublikalarından olduğu kimi Rusiyadan da minlərlə adam qəzanın aradan qaldırılmasına və çirklənmiş ərazilərin təmizlənməsinə cəlb olunub. Onların arasında dəqiq məlum olamayan sayda adam ölüb, sağ qalanlar isə bu cür işdə məruz qaldıqları radiasiyaya görə sağlamlıqlarını itiriblər.
XS
SM
MD
LG