Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Xarici İşlər Nazirliyi Azərbaycanı dünyada tanıtmaq üçün film çəkdirib


İlk dəfə olaraq Xarici İşlər Nazirliyinin sifarişi ilə Azərbaycanın tarixi və mədəniyyəti haqqında sənədli film çəkilib. 6 dildə - ingilis, fransız, ispan, alman, ərəb və Azərbaycan dillərində səsləndirilən film əcnəbilərdə Azərbaycan haqqında dəqiq təsəvvür yaratmaq məqsədi güdür. Filmdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, yerli əhalinin tarixən atəşpərəstlik, xristianlıq və islam dinlərinə sitayiş etməsi, indi müsəlman ölkəsi olan Azərbaycanda digər dinlərə də hörmətlə yanaşılması əksini tapıb. Filmdə ölkənin tarixi və mədəniyyət abidələri haqqında məlumat verilir. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, film çəkilərkən müasir sənədli film standartları əsas götürülüb. «Avropa standartlarına görə sənədli filmin uzunluğu yarım saatdan artıq olmamalıdır. Bizdə isə indiyəcən Azərbaycan haqqında çəkilmiş sənədi filmlər ya müxtəlif spesifik sahələrlə bağlı olub və onların uzunluğu 10-15 dəqiqə təşkil edib, ya da Azərbaycan haqqında saatlarla davam edən filmlər çəkilib. Biz istədik ki Azərbaycan haqqında ümumi məlumatları özündə əks etdirən lakonik bir film çəkdirək».


1000 ədəd DVD-də buraxılan filmin Azərbaycandakı xarici ölkə səfirliklərinə və xaricdəki Azərbaycan nümayəndəliklərinə göndərilməsi də nəzərdə tutulub.


Tahir Tağızadə deyir ki, Xarici İşlər Nazirliyi bundan sonra müxtəlif telekanalların Azərbaycanın tarixi və müasir həyatı haqqında çəkdiyi səviyyəli filmləri də xarici dillərə tərcümə edərək yaymaq niyyətindədir.


XS
SM
MD
LG