Demokratiya indeksində Azərbaycan 167 ölkə arasında 135-ci yeri tutub. 10 ballıq sistemdə 3,19 bal alıb. Economist Intelligence Unit (EIU) Azərbaycanı dünyanın avtoritar 51 ölkəsi sırasına salıb.
Seçki prosesinə, siyasi mədəniyyətə, vətəndaşın siyasətdə iştirakına EIU Azərbaycana 10 ballıq sistemdə 3 bal veribsə, vətəndaş haqları hətta 5 bal alıbsa, hökumətin nə cür işləməsinə vur-tut 0,79 bal verilib. Yəni, demək olar ki, 0 bal. İzah - korrupsiyadır, hər şeyin bir nəfərin əlində cəmlənməsidir, hökumət və qanunverici orqanların prezident hakimiyyəti ilə müqayisədə gücsüzlüyüdür.
EIU-nun proqnozları:
Türkiyənin Ermənistanla yaxınlaşması, Türkiyənin Qarabağ probleminin həllinə nüfuz etməsinə imkan verir.
Rusiyanın Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etməsi müqabilində Azərbaycan Rusiya ilə daha yaxın enerji əməkdaşlığına gedə bilər.
Ancaq Rusiyadan Qarabağ barədə hər hansı bir vədi qoparmaq uğrunda Azərbaycan hələ mübarizə aparmalıdır.
«Nabucco» kəmərinin sərfəli olmasını Azərbaycanın yox, Türkmənistanın bu kəmərə qaz verib-verməməsi həll edir. Türkmənistan isə buna meyilli görünmür.
İqtisadi proqnozlarda EIU hesab edir ki, bu il neftin qiyməti bir barrelə 40 dollar ətrafında olacaq. Ona görə də Azərbaycanda Neft Fondundakı keçənilki 11 milyard dollar sürətlə azalacaq.
Manatın dollara nisbətən məzənnəsinin zəifləməsinə, yəqin ki, imkan veriləcək. Hazırda Milli Bank ayda 150 milyon dollar xərcləyir ki, manat düşməsin.
2009-2010-cu illərdə Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti azalacaq, ona görə qiymətlərin artım sürəti də azalacaq, bahalanma cəmi 7 faiz olacaq.
«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.