Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:37

Milliləşdirilən bank hökumətdən 3 milyard dollar təzminat tələb edir


Qazaxıstanın ən böyük banklarından birinin – BTA-nın səhmdarları hökumətə qarşı iddia qaldırıb, 3 milyard dollar təzminat tələb eləyirlər.

BTA-nın idarə heyətinin sədri Anver Sayidyonov Frans Pressə deyib ki, hələ ki tələb olunan təzminatın məbləğiylə bağlı danışıqlar davam edir. Səhmdarlar hökuməti bankı milliləşdiriən zaman dəyərini qəsdən kişiltməkdə və maddi ziyan vurmaqda ittiham eləyirlər.

Qazaxıstan hökuməti fevral ayında ölkədəki maliyyə böhranının yayılmasının qarşısını almaq adıyla BTA-nı da milliləşdirmişdi.
XS
SM
MD
LG