Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

«Bir şəxsin belə əminliklə sərbəst hərəkət etməsi şübhəli görünür»


Azad İsazadə
Azad İsazadə
Psixoloq Azad İsazadə ilə müsahibə

- Azad bəy, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edən şəxslə bağlı rəsmi versiya bəllidir. Siz onun psixoloji portretini necə çəkərdiniz?

- Məncə, bir şəxs nə qədər professional killer olsa belə, təkbaşına o qədər də geniş imkanları olmayan köhnə «Makarov» tapançası ilə bu qədər insanı qətlə yetirə, yaralaya bilməzdi. İlk eşitdiyim versiyalardan biri də odur ki, bu qətli bir nəfər törətməyib. Super professional killerin belə, kütləvi ölüm törətmək niyyəti olduğu məkana bir silahla və tək getməyi inandırıcı deyil. Mənim dediklərimi rəsmi versiya də təsdiq edir. İstintaq bildirir ki, qatil binada patrondaşı dəyişib. Nə qədər psixoloji və fiziki hazırlığı olsa da, bir şəxsin heç bir qorxu keçirmədən belə əminliklə sərbəst hərəkət etməsi şübhəli görünür. Başqa tərəfdən də onun öldürdüyü insanlar kütlə halında dayanmayıblar. İnsanlara müxtəlif mərtəbələrdə atəş açılıb. Ona müqavimət göstərən də olmayıb. Çox güman, bir neçə insan eyni zamanda bir neçə mərtəbədə atəş açmağa başlayıb. Həlak olan və yaralananların sayının çox olması da bununla bağlıdır.

- Sizcə, bu aksiyanı törədən, yaxud törədənlər bu məkanı öncədən seçiblər? Yoxsa, sadəcə kütləvi yer olduğu üçün təsadüfən o binaya daxil olublar?

- Bunu indi demək bir qədər çətindir. Təbii, ehtimal etmək olar ki, onlar bu qanlı aksiyanı başqa bir yerdə törətməliymişlər. Ola da bilər ki, bu binanı öncədən seçib, dəqiq plan qurublar. Bu məsələdə şəxsi-qərəz faktorunun olub-olmadığı dəqiqləşsə, bu sualın cavabı açılacaq.

- Silahlı basqınla bağlı indi ən çox müzakirə olunan məsələ faktla bağlı cinayət işinin terrorçuluq maddəsi ilə açılmamasıdır. Sizcə, bu terrordur?

- Terror anlayışının üç forması var. Birincisi, qanunda yazılan variant. İkincisi, siyasi çalarları olan qətllər. Üçüncüsü isə səbəbi bəlli olmayan və kütləvi ölümlə nəticələnən qanlı aksiyalara verilən ad. Əgər konkret insan öz düşmənini, ədavətdə olduğu şəxsi yox, şəhərin mərkəzində qarşısına çıxan dinc insanları öldürərək kütləvi panika, gərginlik yaradırsa, bu terror aktı kimi qiymətləndirilə bilər. Səbəbindən asılı olmayaraq.
XS
SM
MD
LG