Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:07

«ANS Commerce»də vergi yoxlamalarının iyunun 23-də başa çatacağı bildirilir


ANS Şirkətlər Qrupundan verilən məlumata görə, Vergilər Nazirliyinin «ANS Commerce» şirkətində apardığı yoxlamalar iyunun 23-də başa çatır. Elə həmin gün də tərəflər arasında akt imzalana bilər. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədovun sözlərinə görə, yoxlamaların nəticəsində onların razılaşmadıqları mübahisəli məqamlar da var. Bütün bunlara isə iyunun 23-də aydınlıq gətirilə bilər. «Yoxlama başa çatandan sonra ola bilsin cərimə etsinlər. İş olan yerdə nöqsan da ola bilər…»


Vergilər Nazirliyindən isə yoxlamanın hələ davam etdiyi bildirilir.


Ötən şənbə Vergilər Nazirliyinin əməkdaşları məhkəmənin qərarı ilə «ANS Commers» şirkətinin son dörd ilə aid mühasibat sənədlərini özləri ilə aparmışdılar. Bu da şirkətdə narahatlıqla qarşılanmışdı.


Vergi orqanları iyunun 14-dən ANS Şirkətlər Qrupunda araşdırmalara başlayıb.


XS
SM
MD
LG