Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Türkiyədə hökumətin tərkibi dəyişdirilib


Mayın 1-i axşam prezident Abdullah Güllə görüşəndən sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətdəki dəyişiklikləri mediaya açıqladı. Ərdoğan özünün xarici məsələlər üzrə müşaviri, professor Ahmet Davutoğlunun xarici işlər naziri vəzifəsinə gətirildiyini bildirib. Bundan əvvəl həmin vəzifəni icra edən Əli Babacan baş nazirin iqtisadiyyata cavabdeh müavini vəzifəsinə təyin edilib. Baş nazir bundan sonra iqtisadi məsələlərin koordinasiyasının bütünlüklə Əli Babacana veriləcəyini deyib.

Parlamentin keçmiş sədri Bülent Arınça da baş nazirin müavini vəzifəsi verilib. 60-cı Ərdoğan hökumətindəki yenilənmə nəticəsində doqquz yeni ad hökumətdə yer alıb.

Səkkiz nazir isə vəzifəsini itirib. Tayyip Ərdoğana yaxınlığı ilə tanınan Ədliyyə naziri Mehmet Əli Şahin, Milli Təhsil naziri Hüseyin Çelik və Enerji və Təbii Ehtiyatlar naziri Hilmi Güler kreslolarına vida ediblər.

Baş nazir Ərdoğan hökumətdəki dəyişikliyin ölkə idarəçiliyinə yeni ab-hava gətirmək məqsədi daşıdığını vurğulayıb.

Türkiyənin 60-cı hökuməti 2007-ci ilin avqustunda qurulub.Tayyip Ərdoğan isə 2003-cü ilin avqustundan bəri baş nazirdir.
XS
SM
MD
LG