Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:57

Barak Obama Azərbaycanın adını Zimbabve ilə birlikdə çəkir


Turan agentliyinin ABŞ-ın Azərbaycadakı səfirliyinə istinadən yaydığı bəyanat mətnində bildirilir: “Bu gün biz, jurnalistlərin hakimiyyətin sui-istifadəsinə qarşı əvəzsiz rolunu qeyd edirik.Eyni zamanda biz ictimayyəti məlumatlandırmaq cəhdlərinə görə öldürülən və həbsə atılan jurnalistlərin sayının artması barədə həyacanlı xəbərlər eşidirik”

Daha sonra deyilir: “Baxmayaraq ki, bütün dünya azad mətbuat vacibliyini tanıyır, jurnalistlər daim təhlükələrə məruz qalırlar. Azad mətbuat gününün qeyd olunmağa başladığı 1993-cü ildən bəri 692 jurnalist öldürülüb. Qurbanların əksəriyyəti öz ölkələrində cinayətkarlığı, korrupsiyanı, təhlükəsizlik qüvvələrini tənqid edən jurnalistlərdir.

Bu siyahıya hər il təqiblərə, senzuraya və inzibati həbslərə məruz qalan yüzlərlə digər jurnalistləri də əlavə etmək olar.

Bunlar Azərbaycandan tutmuş Zimbabveyədək, Birmada, Özbəkistanda, Kubada və Eritreyada, bir sıra digər ölkələrdə baş verir” - deyə Obama öz bəyanatında bildirir və bəyanatında jurnalistlərlə həmrəyliyini elan edərək vurğulayır: “Bu gün mən həqiqəti dünyaya çatdırmaq naminə zəhmət çəkən mətbuatda çalışan cəsarətli insanların müdafiəsi üçün səsimi ucaldıram”

XS
SM
MD
LG