Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:10

Rusiya və Türkiyədə dini azadlıqlar məhdudlaşdırılır


Rusiyada məmurların dini azadlıqları pozduğu iddia edilir
Rusiyada məmurların dini azadlıqları pozduğu iddia edilir
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının açıqladığı doqquzuncu hesabatda deyilir ki, Rusiya və Türkiyədə dini azadlıqlar məhdudlaşdırılır.
Rusiyada məmurların dini azadlıqları pozduğu iddia edilir və bildirilir ki, bu daha çox qeyri-ənənəvi dinlərə mənsub insanlara, xüsusilə də müsəlmanlara qarşı aparılır.

Hesabatda deyilir ki, Türkiyədə isə problem dünyəviliyin şərh edilməsi ilə bağlıdır. Bu ölkədə əsasən dini azlıqların, hətta əksəriyyətin də dini azadlıqları pozulur. Sənəddə hakimiyyət dini azlıqları qanuni varlıq kimi tanımadığına görə tənqid olunub.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının hər il prezident, dövlət katibi və konqresə dini azadlıqların pozulması ilə bağlı vəziyyətə əsaslanan zəmanət hesabatı təqdim edir. Buna əsasən də «Xüsusi narahatlıq yaradan ölkələr» və «İzlənən ölkələr» siyahısı tərtib olunur.

Xüsusi narahatlıq doğuran ölkələr dini azadlıqların ən çox zorakılığa məruz qaldığı ölkələrdir. Bu ölkələrdə hakimiyyətlər bəzi vətəndaşları dini səbəblərdən ayrı-seçkiliyə məruz qoyur, ya da dini zorakılıqların qarşısını almır. İzlənən ölkələr siyahısına insanların ibadət etmə və ibadət etməmə haqlarının təhlükədə olduğu ölkələr aid edilir.

Builki «Xüsusi narahatlıq yaradan ölkələr» sırasına 13 ölkə (Birma, Şimali Koreya, Eritreya, İran, İraq, Pakistan, Türkmənistan, Özbəkistan, Nigeriya, Çin, Səudiyyə Ərəbistanı, Sudan və Vyetnam) adi edilib. «Xüsusi izlənən ölkələr» siyahısına isə Əfqanıstan, Belorus, Kuba, Misir, İndoneziya, Laos, Rusiya, Somali, Tacikistan, Rusiya, Venesuela daxil edilib.

Hesabatda bildirilir ki, Talibanla bağlı olan ekstremistlər İslamabadın yaxınlığında daha da fəallaşıblar. Bu qruplar nəzarət elədikləri yerlərdə insan haqları və dini azadlığa məhdudiyyət yaradırlar. Bu cür məhdudiyyətlər əsasən də onların qaydalarını qəbul etmək istəməyən yerli polis və qadınlarım hüquqlarını pozur. Hesabatda Müşahidə Siyahısı yaradılıb və bu siyahıya Əfqanıstan, Kuba, Belorus, Misir, İndoneziya, Laos, Rusiya, Somali, Tacikistan, Türkiyə, Venesuela aid edilib.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası ikipartiyalı federal qurumdur və bu qurumda üzvlər prezident, Senat və Nümayəndələr palatası tərəfindən seçilir.
XS
SM
MD
LG