Aprelin 30-da Neft Akademiyasında baş vermiş qanlı hadisə ölkənin yalnız hüquq-mühafizə orqanları və ictimaiyyəti üçün deyil, həm də mətbuatı üçün sınaq oldu. Bu fövqəladə hal mətbuatın bir-biri ilə yarışaraq işlədiyi meydana çevrildi. Əvvəllər də olduğu kimi, jurnalistlər peşə etikası normalarını unudurdular və «ilk və tək» olmaq istəyi bəzilərini çox pis vəziyyətə saldı. Belə ki, bir sıra informasiya agentlikləri küçədə eşidilən şaiyələri hadisə ilə bağlı ciddi versiya kimi təqdim etməkdən çəkinmədilər. Xüsusən, bildirildi ki, terror aktı qaradərili (və ya bir neçə) şəxslər tərəfindən törədilib. Sonra Akademiyaya avtomatlı rusların (!) basqın etməsi barədə «xəbər» verildi. Bir qədər sonra atışmaya yerli və ərəb tələbələr arasında mübahisənin səbəb olduğu bildirildi. Bu zaman öldürülənlərin sayı haqqında məlumat 2 dəfə artırılırdı.
Bu məlumatlar mənbə göstərilmədən yayılırdı. İnternet sayəsində bir neçə saat ərzində bütün bu versiyalar dünyaya yayıldı. Artıq növbəti gün isə «informasiya bazarı liderləri» oxuculara yaydığı məlumatların yanlışlığını necə izah edəcəklərini bilmirdilər.
Rəsmi informasiyanı kəskin şəkildə məhdudlaşdıran hüquq-mühafizə orqanlarının rolunu xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, elə onlar qeyri-rəsmi informasiya mənbəyinə çevrildilər. Belə ki, KİV-də haradansa terror aktı törətmiş Fərda Qədirovun (canlı və ölü) şəkilləri peyda oldu. Həm də dövlət qurumlarının istintaq sirrinə istinad edərək rəsmi sorğulara cavab verməkdən imtina etdiyi bir vaxtda. Lakin bu qurumlar istintaq sirlərinin KİV-ə haradan məlum olduğu barədə sual vermir.
Qəzetlərə informasiya sızması ayrı-ayrı KİV-lərin tirajı artırmaq naminə kəşf etdiyi yanlış informasiyalarla paralel gedir. Belə ki, qəzetlərdən biri Neft Akademiyasında Müdafiə nazirinin müavini Rail Rzayevin qətlə yetirildiyi snayper silahından istifadə edildiyinə qədər yazıb.
Bu fonda rəsmi mətbuat susur, sanki aprelin 30-da heç nə olmayıb. Bir çox KİV-də və xüsusən telekanallarda baş verənlərin səbəblərinin və versiyalarının təhlili aparılmır. Ekspert və analitiklərin çıxışları da yoxdur, bütün diqqət ağlaşmaya, hakimiyyətin həlak olan və xəsarət alanların ailələrinə diqqəti haqda məlumatlara yönəldilib.
Hökumətyönlü və bəzi müxalifət KİV-i ölkədə matəm elan edilməsini tələb edən tələbələrin etiraz aksiyası mövzusundan hər yolla yayınırlar.
Bu vəziyyətin əsas səbəbi normal rəsmi informasiya mənbəyinin olmamasıdır.
Bu, hakimiyyətin ictimaiyyəti baş verənlər haqda məlumatlandırmaq hazırlığının və istəyinin göstəricisidir. Hakimiyyətin davranışı ən azı iki şeyə dəlalət edir: sosial partlayış qorxusu və ictimaiyyətlə əlaqələr şöbəsinə görə bir çox cavabdehlərin səriştəsizliyinə.
«Turan» İnformasiya Agentliyi