Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:29

«Donuz qripinə qarşı tərbirləri azaltmayın»


Dünya Səhiyyə Təşkilatı dünya ölklərinə xəbərdarlıq edib ki, Meksikanın açıqlamasından sonra donuz qripinə qarşı tədbirləri azaltmasınlar. Donuz qripi virusunun ən çox yayıldığı Meksika élan etmişdi ki, virusun fazasında «zəifləmə» müşahidə olunur.

Meksika rəsmiləri bildiriblər ki, ölkədə restoranlar və kafelər mayın 6-ı yenidən açılacaq. Barlar, gecə klubları, kino klublar və teatrlar hələ bağlı qalacaq.

Dünya Səhiyyə təşkilatınlın məlumatına görə 20 ölkədə 1000 nəfər bu virusa yoluxub, 26 nəfər isə həlak olub.

Bu arada Kanada hökuməti yeni yoluxanların olduğunu açıqlayıb.
XS
SM
MD
LG