Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:22

Molla rejimi dəyişməsə...


Hər halda İranın nüvə silahına malik olması dünyanın qürubu demək deyil
Hər halda İranın nüvə silahına malik olması dünyanın qürubu demək deyil
ABŞ prezidenti adından açıq bəyanatlar vermək vaxtı yetişib, çünki ABŞ-ın bölgədəki siyasətindən, qlobal hadisələrə münasibətdə tutduğu mövqedən çox şey asılıdır. Respublikaçılarla demokratlar bir çox məsələlərdə həmişə fərqləniblər. İndi bu fərqləri izləməyin əsl vaxtıdır.

Xarici siyasətdə ABŞ-İran məsələləri həmişə diqqətdə olub. Yeni ABŞ prezidenti özündən əvvəlki komandanın bəyanatları baxımından daha mülayim qeydlərlə kifayətlənir. Bu nə deməkdir? ABŞ artıq İranın nüvə silahına malik olması faktı ilə barışıb?

Ümumi siyasətə toxunsaq həm İranın, həm də ABŞ-ın siyasətində hansısa qüsur tapmaq mümkündür.
İran zənn edir ki, nüvə silahına malik olsa özü üçün birdəfəlik təhlükəsizlik əldə etmiş olacaq. Amma bir neçə dövlətin təcrübəsində müşahidə olunub ki, nüvə silahı münaqişələrə təsir etmək iqtidarında deyil.

Üstəlik, keçmiş SSRİ-nin misalından görünür ki, nüvə silahı heç də bütün bəlaların çarəsi demək deyil. SSRİ nüvə silahına malik olan böyük dövlət idi, amma buna baxmayaraq bu amil ölkədəki parçalanmanın, imperiyanın süqutunun qarşısını ala bilmədi.

Eləcə də ABŞ-ın məsələyə münasibəti qüsurludur. ABŞ-da da siyasi subyektivizmə qapılaraq belə hesab edirlər ki, guya İran digər dövlətlər üçün də təhlükəlidir. Əslində isə vəziyyət daha mürəkkəbdir. Avropa dövlətlərinin münasibəti də fərqlidir. Hətta onlar İranın nüvə silahına münasibət bildirir. Oradakı rejim, ölkədaxili qadağalar sanki yada düşmür.

Bundan başqa, iki dövlət arasında münasibətlər elə qurulub ki, gündəmdə əsasən nüvə silahıdır.

Hər halda İranın nüvə silahına malik olması dünyanın qürubu demək deyil. İran müxtəlif siyasi qüvvələri elə təqdim edir ki, sanki ölkədə orta əsrlər atmosferi hiss olunur. Onu da qeyd etmək lazımdır ki, molla rejimi artıq iki dəfə ABŞ-ı aldada bilib. Hakimiyyətə gələnlər arasından elələri seçilir ki, guya onlar Qərbə doğru böyük addım atacaq və müvafiq islahatları həyata keçirəcəklər. Amma bütün bunlar seçki ərəfəsində siyasi texnoloqların yaratdığı effektdən başqa bir şey deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG