Gürcüstanda Müdafiə Nazirliyinin elit briqadasının hərbiçiləri qiyam qaldırıblar.
Bu haqda Gürcüstan televiziyalarından birində Müdafiə naziri David Sixarulidze deyib. Hərbi hissəinin Tbilisi yaxınlığında, Muxrovanidə yerləşən ərazisi mühasirəyə alınıb. Hərbiçilərə silahı yerə qoyma ultimatumu verilib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili deyib ki, gürcü xüsusi xidməti qiyam haqqında xəbərdar imişlər.
Bu ərəfələrdə briqadanın bir neçə zabiti həbs olunub.
Ölkənin Daxili İşlər Nazirliyi jurnalistlərə video lent təqdim edib. Həmin video lentdə zabitlərdən biri deyir ki, briqada mayın 5-i ölkədə dövlət çevrilişi etmək üçün plan hazırlayıbmış. Zabitin sözlərinə görə gürcü hərbiçiləri Cənubi Osetiyada yerləşdirilmiş rus qüvvələri ilə birləşməli imişlər.