Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Gürcüstan rəsmiləri deyirlər ki, dövlət çevrilişinə cəhd olub


Qiyamın qarşısı alınıb
Qiyamın qarşısı alınıb
Gürcüstanda Müdafiə Nazirliyinin elit briqadasının hərbçiləri qiyam qaldırıblar.

Bu haqda Gürcüstan televiziyalarından birinə Müdafiə naziri David Sixarulidze deyib. Hərbi hissənin Tbilisi yaxınlığında, Muxrovanidə yerləşən ərazisi mühasirəyə alınıb. Nəticədə qiyamın qarşısı alınıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili deyib ki, gürcü xüsusi xidməti qiyamdan xəbərdarıymış.

Bu ərəfədə briqadanın bir neçə zabiti həbs olunub.

Ölkənin Daxili İşlər Nazirliyi jurnalistlərə bir videolent təqdim edib. Həmin videolentdə zabitlərdən biri deyir ki, briqada mayın 5-i ölkədə dövlət çevrilişi etmək üçün plan hazırlayıbmış. Zabitin sözlərinə görə, gürcü hərbçiləri Cənubi Osetiyada yerləşdirilmiş rus qüvvələri ilə birləşməli imişlər.
XS
SM
MD
LG