Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:22

Dünya yeni təhlükə axtarışında


Kommunizmlə bağlı məsələnin bitməsi yeni təhlükələr tapmağa sövq edir
Kommunizmlə bağlı məsələnin bitməsi yeni təhlükələr tapmağa sövq edir
Dünya yeni təhlükə axtarışındadır. Kommunizmlə bağlı məsələnin bitməsi yeni təhlükələr tapmağa sövq edir. ABŞ politoloqlarının özlərinin bu məsələyə münasibəti maraqlıdır. Məsələnin məğzini bir neçə il əvvəlcədən tutmaq olardı. ABŞ politoloqlarından biri Semuel Xantiqton belə bir detala diqqət yetirmişdi. Onun fikrincə, ABŞ siyasətini araşdıranda məlum olur ki, bu ölkədə ən müxtəlif zamanlarda cəmiyyəti hansısa amal səfərbər edib.

Politoloq kommunizmdən sonra belə səfərbəredici ideyanın olmamasını qeyd etmişdi və bunun nəticəsində isə hətta ABŞ cəmiyyətinin dağıla biləcəyini istisna etməmişdi. Hərçənd kommunizmin süqutundan sonra onun yerini terror təhlükəsi və ona qarşı səfərbərlik tutmağa başladı.

Amma qlobal terrorizmə qarşı mübarizə hələ ki, bir nəticə verməyib. Buş administrasiyası da Əfqanıstanda, İraqda ciddi bir iş görə bilmədi. Rusiya faktiki olaraq Əfqanıstandan məğlubiyyətlə çıxdı. Obyektiv yazılsa, ABŞ üçün Əfqanıstanda məsələnin əlacını tapmaq bir o qədər də çətin deyil. Amma belə görünür ki, ABŞ siyasətçilərlə kontakt yaratmaqda çətinlik çəkir. ABŞ İraqda nəyə nail oldu? Bəlkə despotik rejimdən qurtulan iraqlıların terrora nifrəti artdı? Bəlkə ərəblərin demokratiya həvəsi aşdı-daşdı?

Yox, bütün bunların o qədər də uğurlu nəticəsi olmadı. Getdikcə siyasətdə qəribə durğunluq hiss olunur. Bəzən «sibir xorası», quş və donuz qripləri təhlükəsi bu durğunluğu pozsa da, bu da uzun çəkmir.

Bu durğunluq nə ilə nəticələnəcək? Təəssüf ki, bu sualların cavabı hələ ki, yoxdur.

Başqa tərəfdən nəzərə çarpan budur ki, fövqəl dövlətlər yenidən əvvəlki münasibətlərə - soyuq dövrə qayıdırlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG