«İndi burda bizdən izahat alırlar, şəklimizi çəkirlər…»
Nəsimi rayon 22-ci Polis Bölməsində saxlanan «AN» Gənclər Şəbəkəsinin rəhbərlərindən biri Emin Milli «Azadlıq» radiosuna belə deyib.
Onun sözlərinə görə, polis onları nəyə görə saxladığı barədə heç bir izahat vermir.
Emin Milli Musiqi Akademiyasının qarşısından Dövlət Neft Akademiyasının binası qarşısına getmək istəyərkən saxlandıqlarını bildirir:
«20-30 nəfər əllərimizdə cüt-cüt qərənfillər tutmuşduq və matəm elan olunmamasına etiraz edirdik. Bu vaxt polis heç nə demədən bizi saxladı və bura gətirdi».
Bir neçə saat saxlandıqdan sonra E.Milli sərbəst buraxılıb.
O, azadlığa çəxarkən çəkilmiş videoya baxa bilərsiz: