Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

Qobustan həbsxanasında aclıq aksiyası keçirilirmi?


Ədliyyə Nazirliyi məhbusları aclıq aksiyasından çəkindirdiklərini, məhbusların yaxınları isə məmurların aksiyanı gizlədiklərini deyir


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis müavini Nazim Ələkbərov bildirir ki, Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş bir neçə məhbus aclıq aksiyası keçirmək istəsə də onlarla görüşəndən sonra bu istəklərindən əl çəkiblər.


Nazim Ələkbərov keçən il belə bir aksiyanın keçirildiyini və bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edildiyini bildirdi: «Həmin vaxt biz məsələylə bağlı dərhal Konstitusiya Məhkəməsinə müraciət etdik. 2005-ci ildə Konstitusiya Məhkəməsi bu işə baxdı, qərarı da bu oldu ki, bu məsələylə bağlı yerli məhkəmələrə müraciət olunmalıdır, biz də bu haqda məhkumlara məlumat verdik».


Qobustan həbsxanasında saxlanan ömürlük azadlıqdan məhrum edilmiş 89 nəfər məhbus isə bir neçə gündür aclıq aksiyasına başladıqları barədə mətbuata məlumat yayırlar. Onlar cəzalarının 15 illə əvəz edilməsini tələb edirlər.


Həmin məhbuslardan birinin bacısı Nübar Qasımova da «Azadlıq» radiosuna bildirir ki, bir həftədir 89 məhbus aclıq etsə də, həbsxana rəhbərliyi bu xəbəri gizlədir. «Həbsxanada məhbuslar kütləvi şəkildə aclıq edirlər. Onların arasında qardaşıma da var. Onlar işlərinə yenidən baxılmasını tələb edirlər. Ancaq yüksək vəzifəlilər bunu təkzib edirlər».


Azərbaycanda ölüm hökmü 1998-ci ilin fevralında ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilib. Bundan sonra haqqında həmin müstəsna cəza növü seçilmiş, amma məhkəmənin hökmü hələ icra edilməmiş 89 nəfər məhbus cəzalarının ömürlük həbslə deyil, 15 illə azadlıqdan məhrumedilmə ilə əvəzlənməsini tələb etməyə başlayıb. Onlardan 46 nəfəri bu tələblə məhkəməyə də müraciət edib. Onlardan 39 nəfərinin müraciətini məhkəmə rədd edib, 7 nəfərin işinə isə hazırda baxılır.


XS
SM
MD
LG