Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:07

İmtiyazlı və güzəştli tibbi xidmət alacaq əhalinin kateqoriyası açıqlandı


İyulun 7-də Səhiyyə Nazirliyi pullu tibbi dövlət müəssisələrində imtiyazlı və güzəştli xidmətlə təmin olunacaq əhalinin kateqoriyasını açıqlayıb. Bura İkinci Dünya Müharibəsi əlilləri və iştirakçıları, birinci və ikinci qrup əlillər, üçüncü qrup əlillər (50 faiz), Qarabağ müharibəsi əlilləri və iştirakçıları, Çernobıl Atom-Elektrik Stansiyası qəzasının ləğvində iştirak etmiş şəxslər, Əfqanıstan müharibəsi iştirakçıları, 20Yanvar hadisələrindən ziyan çəkən şəxslər, ahıl yaşda olan tək və kimsəsizlər, yeniyetmələr və hərbi çağırışçılar, qaçqın və məcburi köçkünlər, tibb işçiləri, Qarabağ müharibəsində həlak olmuş döyüşçü ailələrinin üzvləri, diabet xəstələri, təhsil işçiləri (dövri tibbi müayinə zamanı), 65 yaşdan yuxarı kişi və 60 yaşdan yuxarı olan qadın təqaüdçülər daxildir.


XS
SM
MD
LG