Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

«Quş qripi»nin müəyyən edilməsi üçün laboratoriya yaradılır


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) «quş qripi» xəstəliyinin müəyyən edilməsi üçün laboratoriya yaradır. Bu barədə məlumat verən nazirliyin departament direktoru Sədaqət Məmmədovanın sözlərinə görə, ən müasir avadanlıqlarla təchiz ediləcək həmin laboratoriyada heyvanlar arasında yayılan bir sıra digər xəstəliklərlə də bağlı müayinə aparmaq mümkün olacaq.


«Quş qripi»nin Qarşısının Alınmasıyla bağlı Dövlət Komissiyası bunun üçün ETSN-ə 200 min yeni manat ayırıb. Artıq laboratoriya avadanlıqlarının, eləcə də dezinfeksiyaedici maşın və maddələrin alınması üçün tenderin qalibi də müəyyən edilib. Bu, Türkiyənin «Altunok Medikal» şirkətidir. Sifariş edilən avadanlıqların sentyabra qədər Azərbaycana gətiriləcəyi gözlənilir.


Bu ilin əvvəlində Azərbaycanda köçəri quşlarda «quş qripi» xəstəliyi aşkar edilmişdi. Xəstəliyə yoluxan beş nəfər dünyasını dəyişmişdi.



XS
SM
MD
LG