Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:30

Konsulluq Livandan azərbaycanlıları çıxarır


Livan ərazisində hərbi əməliyyatlar aparan İsrail ordusunda əslən Azərbaycandan olan bir nəfər həlak olub. Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə deyir ki, həmin şəxs İsrail vətəndaşıdır və o, bu ölkənin ordusunda xidmət edirmiş. Cənab Tağızadənin sözlərinə görə, Azərbaycanın Livandakı fəxri konsulluğu artıq səkkiz nəfər azərbaycanlının bu ölkədən çıxarılmasını təmin edib: «Livanı tərk etmələrinə yardımçı olmaq üçün 7-8 nəfər bizim fəxri konsulumuza müraciət etmişdi. Onların istəyi yerinə yetirilib».


Cənab Tağızadə bildirir ki, ilkin məlumatlara görə, hazırda Livanda daimi yaşayan azərbaycanlıların sayı 30 nəfərdən bir qədər çoxdur. Onların əksəriyyəti Livan vətəndaşları ilə nikah bağlamış qadınlardı: «Nazirliyin tapşırığı ilə Livandakı azərbaycanlıların siyahısı tərtib olunub və onlarla əlaqə saxlanılır. Əgər hər hansı istəkləri olarsa, kömək göstəriləcək».


Bir neçə gündür ki, İsrail ordusu Livan ərazisində hərbi əməliyyatlara başlayıb. XİN-y i Azərbaycanın bu ölkədəki fəxri konsulu Nazih Qəssuba orada yaşayan Azərbaycan vətəndaşlarının siyahısını tutmağı tapşırmışdı.




XS
SM
MD
LG