Dövlət Statistika Komitəsi Azərbaycanda kölgə iqtisadiyyatının payını müəyyən etməkdə Beynəlxalq Valyuta Fondundan yardım istəyib. Komitənin rəhbəri Arif Vəliyevin bildirdiyinə görə, hazırda bununla bağlı fond nümayəndələriylə danışıqlar aparılır. Dövlət Statistika Komitəsinin özünün hesablamalarına görə, ölkədə kölgə iqtisadiyyatının payı 20 faizə qədərdir.