Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:14

Fərhad Əliyev yenidən aclıq aksiyasına başladı


Fərhad Əliyev, 12 oktyabr 2005
Fərhad Əliyev, 12 oktyabr 2005

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin ürək ağrıları kəskinləşdiyindən və qan təzyiqi artdığından Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasından Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsindəki xəstəxanasına köçürülüb. Vəkilləri isə sabiq nazirin kardiologiya üzrə ixtisaslaşmış xəstəxanalardan birinə deyil, məhz Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülməsindən narazıdırlar. Vəkil Elton Quliyevə görə, Böyükşordakı xəstəxanada kardioloji şöbə olmadığından müalicəni qənaətbəxş saymaq olmaz.


Fərhad Əliyev iyulun 24-də Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsindəki xəstəxanasına köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu haqda məlumat verən vəkil Elton Quliyevin sözlərinə görə, sabiq nazir aldadılaraq bu xəstəxanaya köçürülüb. Hazırda onun vəziyyəti qənaətbəxş deyil. İyulun 23-də hipertonik böhran keçirən Fərhad Əliyevin aclığa başlaması səhhətinə təhlükə doğura bilər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsindən bildiriblər ki, hazırda Fərhad Əliyevin durumu qənaətbəxşdir. O iyulun 23-də ürək ağrıları kəskinləşdiyindən və qan təzyiqi artdığından Böyükşordakı xəstəxanasında yerləşdirilib.


Vəkil Elton Quliyev yaranmış vəziyyətlə bağlı MTN-ə, Respublika Prokurorluğuna müraciət edib.


Fərhad Əliyev 2005-ci ilin oktyabrında həbs olunub, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.


XS
SM
MD
LG