Bu ilin sentyabrında Üzeyir Hacibəyovun «Arşın mal alan» operettası Avsrtiyanın Vyana şəhərində tamaşaya qoyulacaq. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli «Azadlıq» radiosuna bildirib ki, əsər Vyana Kamera Teatrında üç gün nümayiş etdiriləcək.
Cənab Bədəlbəyli bildirir ki, bu işin gerçəkləşməsi üçün maliyyə və digər məsələlər artıq həll edilib.