Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Eynulla Fətullayevlə bağlı daha bir şikayət Avropa Məhkəməsində


Eynulla Fətullayev
Eynulla Fətullayev
Həbsdə olan jurnalist Eynulla Fətullayevin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndərib.

Vəkillər hesab edir ki, Ali Məhkəmənin Plenumunun Avropa Məhkəməsinin Eynulla Fətullayevin işi üzrə çıxardığı 22 aprel 2010-cu il tarixli qərarının icrası ilə bağlı qəbul etdiyi iki qərar qanunsuzdur.

Şikayəti jurnalistin vəkili Rəşid Hacılı və Media Hüququ İnstitutunun hüquqşünasları hazırlayıb.

Şikayətə görə, Ali Məhkəmənin Plenumu həmin qərarlarında Eynulla Fətullayevin Avropa Konvensiyasında təsbit edilmiş ifadə azadlığına, əda¬lət¬li məh¬kə¬mə araşdırma¬sı və toxunulmazlıq hüququna müdaxilə edilib. Orada habelə qeyd edilir ki, Konvensiyanın 7 saylı Protokolu ilə təminat verilən iki dəfə məhkəməyə çəkilməmək, cəzalandırılmamaq və məhkəmə səhvinə görə kompensasiya almaq hüquqları pozulub.

Jurnalistin müdafiəçiləri Avropa Məhkəməsindən göstərilən pozuntuların tanınmasını, işlə bağlı çəkdikləri xərclərin və zərərin əvəzinin ödənilməsini təmin etməyi xahiş ediblər.

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində onun cəzası 8 il 6 aya qaldırılıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə Eynulla Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə ona 2 il 6 ay cəza verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin əvvəlki iki hökm üzrə şikayətlərinə baxaraq 2010-cu il aprelin 22-də onu azad etməyə çağırıb.

Ali Məhkəmənin Plenumu 2010-cu il noyabrın 11-də məhkumun üzərindən bəzi ittihamları götürərək onun cəzasını 2 il 3 aya endirib. Bu cəzanı tam çəksə də, Eynulla Fətullayev həbsdə qalır.
XS
SM
MD
LG