Məlalət yelindən zülfin pərişan bolmasun yarəb,
Nihali qamətün, ey sərv, lərzan bolmasun yarəb.
Cəmalın bağına badi-müxalif dəgməsün hərgiz,
Ləbinə ehtiyac abi-heyvan bolmasun yarəb.
Gözün bimar imiş, cana, gərək bimarə qurbani,
Ana mən natəvandan özgə qurban bolmasun yarəb.
Əgər bilsəm ki, can versəm sana sağlıq irür mümkin,
Əgər can verməsəm, cana, mana can bolmasun yarəb.
Əcəl der kim, səni, ey Kişvəri, qurban qılam yarə,
Zəhi dövlət əgər qılsa pəşiman bolmasun yarəb.