Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:11

Əfqanıstanda 12 yaşlı intiharçı 4 nəfəri öldürüb


Bazar günü Əfqanıstanın iki əyalətində törədilmiş partlayış və hücum nəticəsində azı 6 adam ölüb.

12 yaşlı intiharçının Paktika əyalətinin Barmal şəhərindəki bazarda özünü partlatması nəticəsində yerli rəhbərlərdən biri də daxil olmaqla 4 nəfər ölüb,10-dan çox adamsa yaralanıb.

Ölkənin cənub-qərbindəki Qəzni əyalətində polis məntəqəsinin atəşə tutulması nəticəsində isə 2 polis ölüb.

Taliban bu ərəfədə koalisiya qüvvələrinə qarşı hərbi hücuma başladığını bəyan edib.
XS
SM
MD
LG