Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:52

Israil prezidentinin məhkəməsi təxirə salındı


Zorlamada ittiham olunan keçmiş İsrail prezidenti Moşe Katsavın bu gün Tel Əvivdə başlamalı olan məhkəməsi sentyabra qədər təxirə salımıb. 63 yaşlı, 5 uşaq atası olan eks-president 19 il əvvəl turizm naziri olarkən zorlamada, iş yerində seksual qısnama və səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Moşe Katsavı həm də prezident olarkən də tabeliyində olan azı bir qadına qarşı seksual təcavüzda ittiham edirlər.

Keçmiş president səlahiyyətlərinin bitməsinə iki həftə qalmış 2007-ci ildə istefa verməyə məcbur olmuşdu.
XS
SM
MD
LG