Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

“Chevron” 27 milyard dollar cərimə iddiası ilə məhkəməyə verilib


ABŞ-ın iri neft şirkətlərindən olan “Chevron”u Ekvador sakinləri məhkəməyə veriblər. Onlar yaşadıqları ərazidə ətraf mühiti korlamaqda ittiham etdikləri bu şirkətin dəyən ziyana görə 27 milyard dollar ödəməsini tələb edirlər.

Amazon çayı sahilində yaşayan 58 yaşlı Anita Ruiz “İnternational Herald Tribune” qəzetinə bildirib ki, onun oğlu ətfaf mühit çirkləndiyinə görə leykemiya xəstəliyinə tutularaq yeddi il əvvəl ölüb. O, əmindir ki, 16 yaçlı oğlunun ölümünə “Chevron” şirkətinin ətraf mühiti çirkləndirməsi səbəb olub.

Keçən il məhkəmənin təyin etdiyi geoloq məlumat vermişdi ki, şirkətin on illər bundan əvvəl istifadə etdiyi quyulardan neft axını ərazini çirkləndirib. O, məhkəməyə bildirib ki, çirklənmə ən azı 1 401 nəfərin xərçəngə tutularaq ölməsinə səbəb olub.

“Chevron” ittihamları rədd edir. Şirkətin rəsmiləri bildiriblər ki, geoloq öz hesabatına yalnız şikayətçilərin iddialarını yazıb.
XS
SM
MD
LG