Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:35

«Fəxr edirdim ki, futbol oynayıram»


Çingiz İsmayılov
Çingiz İsmayılov
«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı idman adamıdır. Həyatının 50 ildən çoxunu böyük futbola həsr edib. Bir vaxtlar «Neftçi»nin qapısını qorumuş bu adam sonradan 10 ilə yaxın bir dövrdə həmin komandanın rəisi vəzifəsində çalışıb. O uzun müddət AFFA-nın baş katibi olub. Amma bununla belə o azarkeşlərin xatirəsində daha çox unudulmaz futbol şərhçisi kimi qalmaqdadır.

Həmsöhbətimiz Çingiz İsmayılovdur.

-Çingiz müəllim 35-ci ildə Bakıda anadan olmusunuz?

-Bəli.

-Böyük futbola nə vaxt gəldiniz?

-Mən müharibə dövrünün yetirməsiyəm. 45-ci il qələbə bayramını da yaxşı xatırlayıram. 7-8 yaşından məhəllədə futbol oynayırdıq. Başqa peşəmiz yox idi. Gündəlik dərsə və ola bilsin həftədə bir dəfə kinoya getməyi nəzərə almasaq səhərdən axşamacan futbol oynayırdıq. Təxminən 18 yaşım olanda məni «LenNeft»in komandasına dəvət etdilər. O vaxtkı Lenin adına stadionda (indiki İsmət Qayıbov adına) ilk dəfə tamaşaçı qarşısına çıxdım. Bu artıq mənim üçün böyük futbol idi. O vaxt meydançanın yaşıl örtüyü yox idi. Qumun üstündə oynayırdıq. Amma mən fəxr edirdim ki, futbol oynayıram.

-Sonra «Neftçi»yə keçdiniz.


-Bəli yarım ildən sonra «Neftyanik»in (1967-ci ildən sonra Neftçi) məşqçisi Viktor Novikov Bakı birinciliyində məni görüb komandaya dəvət etdi. Bu 1955-ci ildə olub.

-Qapıçı idiniz.

-Bəli.

-İlk oyunu xatırlayırsınız «Neftçi»də? Necə oldu ki, meydana çıxdınız?

-Evdə oturmuşdum. İdman Komitəsindən çağırıb dedilər ki, Volqaqrada getməlisən. «Neftçi» orada səfərdə idi. 1956-cı ildə ilk dəfə təyyarəyə mindim. Getdim Volqaqrada və qapıçı Luşnikovu əvəz etdim. Rejimi pozduğuna görə komandadan xaric etmişdilər onu.

-Futbolu tez tərk etdiniz deyəsən?

-Bəli. 33 yaşında. Bu qapıçı üçün o qədər də çox yaş sayılmır. Zədələndim və getdim.

-Sonra hamının yaxşı tanıdığı futbol şərhçisi oldunuz.

-Bəli. 1967-ci ilin oktyabrından 1986-cı ilin dekabrınadək Dövlət televiziya və radio verilişləri redaksiyasında kiçik redaktordan baş redaktorun müavini vəzifəsinə qədər yüksəldim.

-Bəs harada qalırdınız, qidalanmanız necə idi?

- O vaxt indiki kimi baza yox idi. İsmət Qayıbov adına stadionda (o vatkı Lenin adına) bir bina vardı. 4 nəfər orda 1 otaqda qalırdıq. Məşqçi də orada qalırdı. Ağcaqanadın əlindən gecələr yatmaq olmurdu. Sonra bizə «Neftçi»nin dənizkənarı bulvardakı Yaxtklubunda 1 otaq verdilər. Qidalanmamız isə yaxşı idi. Əvvəllər hətta Nazirlər Kabinetinin yeməkxanasında yemək yeyirdik. Sonra başqa yer ayırdılar. Yeməyimiz əla idi. Heç nədən korluq çəkmirdik.

-Bir neçə institutda oxumusunuz? Bəs şərhçi olmaq fikri haradan yarandı?

-Mən əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında oxuyurdum. Futboldan vadım qalmadığı üçün oradan çıxıb Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Bir gün Ənvər Əlibəyli (o vaxt Azərbaycan Radio və Televiziya verilişləri Komitəsinin sədri) dedi ki, yaxşı olar futboldan ayrıldıqdan sonra bizimlə əməkdaşlıq edəsən. Təklif xoşuma gəldi. ADU-nun jurnalistika fakültəsinə daxil oldum, oranı bitirdim və 1967-ci ildə Gəncədə (o vaxtkı «Dinamo Kirovabada» oynayırdım) futbolu başa vurduqdan sonra məni radionun idman redaksiyasına kiçik redaktor vəzifəsinə qəbul etdilər….

Buna da bax:

XS
SM
MD
LG