Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiymətilə bağlı tərəflər hələ ki, razılıq əldə etməyib. Bu həftə danışıqlar Ankarada davam etdiriləcək. Bu barədə «Azadlıq» radiosuna Türkiyənin «BOTAŞ» şirkətindən məlumat veriblər. Şirkətin təbii qaz idarələri bölgə müdirliyindən bildiriblər ki, danışıqlarda hər hansı problem yoxdur:
- Danışıqlar necə gedir?
- Problem yoxdur.
- Qiymətlərlə bağlı hansısa razılaşma varmı?
- Hələ yoxdur.
2001-ci ildə iki ölkə arasında imzalanmış müqavilədə Türkiyəyə satılan qazın hər min kub metri üçün 120 dollarlıq maksimum qiymət müəyyənləşib. Ancaq o da nəzərdə tutulub ki, 2009-cu ildə qiymətlərə yenidən baxıla bilər.
Mayın 13-də Bakıda İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin sualını cavablandırarkən Azərbaycanın Türkiyəyə satdığı qazın ucuz olmasını etiraf edib və qiymətin ədalətli olmadığını dilə gətirib. O, bu məsələni İlham Əliyevlə birgə müzakirə etdiklərini də deyib. Türkiyə həm də Azərbaycandan aldığı qazın həcmini gələcəkdə 8 milyard kub metrə çatdırmaq niyyətindədir, yəni indikindən təxminən 4 milyard kub metr artıq.
Azərbaycan Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, qaz danışıqları qapalı aparıldığından hələ ki, qiymətlər barədə bir şey demək mümkün deyil:
«Bu kommersiya danışıqları olduğu üçün konfidensial aparılır».
Enerji məsələləri üzrə müstəqil ekspertlərsə müəyyən rəqəmlər səsləndirirlər. İqtisadçı Natiq Cəfərli deyir ki, Türkiyəyə verilən qazın qiyməti 180-200 dollara qaldırıla bilər. O, bundan artıq qiymət artımının olacağına inanmır:
«Çox güman ki, 180-200 dollar arasında razılığa gəlinəcək. Yadınızdadırsa, 5-6 ay bundan əvvəl Gürcüstanla aparılan danışıqlarda da bu rəqəmlər səslənirdi. Türkiyə ilə də bu qiymət ətrafında razılaşma olacaq».
N.Cəfərli deyir ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinə dair sazişlər bağlananda, Azərbaycan tranzit ölkələrlə bağlı qiymət öhdəlikləri götürüb. Belə ki, Türkiyə ilə Azərbaycan arasında qazla bağlı müqavilə imzalananda dünya bazarında qazın qiyməti 200 dollardan artıq olmayıb.
Rusiya Avropaya satdığı qazın qiymətini qaldırandan sonra tranzit ölkə kimi Ukraynaya satdığı qazın qiymətini də 180 dolardan 300 dollara qaldırıb. Bu baxımdan da ekspertlər qeyd edirlər ki, tranzit ölkəyə güzəşt baxımından Azərbaycanın Türkiyəyə satdığı qaz çox ucuzdur.
N.Cəfərli deyir ki, Azərbaycanın belə bir addım atması neftdən gələn gəlirlərin azalmasıyla da bağlı ola bilər. İki ölkə arasında təbii qazla bağlı müzakirələri kommersiyadan çox siyasi məsələ sayan iqtisadçı deyir ki, ola bilsin sonda qiymətin müəyyənləşməsində siyasət əsas rol oynasın.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə hesab edir ki, Türkiyəyə satılan qazın qiyməti daha çox dünya bazarından və iki ölkə arasındakı münasibətlərdən asılıdır:
«Türkiyənin Azərbaycanın özəl sektoruna yatırdığı sərmayə və Ankaranın Bakıya siyasi dəstəyi nəzərə alınmalıdır. Hesab edirəm ki, qaz başqa ölkələrlə müqayisədə Türkiyəyə kifayət qədər ucuz satılmalıdır. Qardaşlıq münasibətləri nəzərə alınmalıdır».
Millət vəkili deyir ki, Azərbaycan qiymətləri xeyli qaldırsa, qarşı tərəf də tranzit xərclərini artıra bilər. Bu baxımdan da Nazim Məmmədov düşünür ki, burda elə siyasət aparılmalıdır ki, nə şiş yansın, nə də kabab.