Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Co Bayden Beyruta gedir


ABŞ-ın vitse-prezidenti Co Bayden Beyruta gedir. Məqsəd Vaşinqtonun Livanın müstəqilliyinə dəstəyini nümayiş etməkdir.

Ağ Ev bildirib ki, Bayden Livan prezidenti Mişel Süleyman, baş nazir Fuad Senyora və parlamentin spikeri Nabi Berri ilə danışıqlar aparacaq.

Gözlənilir ki, səfər zamanı ABŞ tərəfi Livanın hərbi qüvvələrinə əlavə yardım ayrılacağını elan edəcək.

Livandan əvvəl Co Bayden Bosniya-Hersoqovina, Serbiya və Kosovada olub.
XS
SM
MD
LG