Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

İlham Əliyev Xalq Cumhuriyyətinin elan olunduğu binaya baş çəkib


Mayın 25-də Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada – Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər həmin binada fəaliyyət göstərib. Azərbaycanın müstəqilliyi də bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilib.

Azərtacın xəbərinə görə, regiona səfər edən İlham Əliyev bu gün Gəncə şəhərində xəstəxana, istirahət parkı, yataqxana və bəzi başqa obyektlərin də açılşında iştirak eləyib, Daxili Qoşunların şəhərdəki hərbi hissəsinə də baş çəkib.
XS
SM
MD
LG