Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

«Azərbaycan İsraildə səfirlik açmalıdır»


Arzu Səmədbəyli
«Azərbaycanın Xarici İşlər Nazirliyi İsraildə səfirlik açılması məsələsini həll etməlidir və İrana nota verməlidir». Parlamentin mayın 26-da keçirilən iclasında Müsavat deputat qrupundan Arzu Səmədbəyli belə deyib.

İsrail prezidenti Şimon Peresin təxminən iyunun sonu - iyulun əvvəllərində MDB-nin müsəlman ölkələrinə turnesi çərçivəsində Azərbaycana səfər edəcəyi gözlənilir. Mətbuatın yazdığına görə, bir çox İran rəsmiləri səfərin iki ölkə arasında münasibətlərə təsir edəcəyini bildirib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə İsrail prezidentinin Bakıya səfərinin İsrail-Azərbaycan münasibətlərinin genişlənməsinə xidmət edəcəyini deyib. O İranın narahatlığına əsas görmür:

«İranın bu hərəkəti birinci dəfə deyil. İran dəfələrlə Azərbaycanın suveren hüquqlarını pozub. İran prezidenti Sarkisyanla öpüşüb görüşə bilir, İsrail prezidenti Azərbaycana gələ bilmir? Yaxşı olar ki, mollalar öz ağıllarına dua yazsınlar».

Deputatların qaldırdığı məsələyə parlament rəhbərliyi münasibət bildirməyib.
XS
SM
MD
LG