Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:59

AŞPA Belorusun “xüsusi qonaq” statusunu bərpa edir


Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsi Belrosun bu qurumdakı “xüsusi qonaq” statusunu bərpa etmək qərarına gəlib. Mayın 26-da keçirilən səsvermədə qəbul olunan bu qərarın Assambleyanın iyunda keçiriləcək sessiyasında təsdiq edilməlidir.

Belorus verilən bu status 1996-cı ildə prezident Aleksander Lukaşenko öz səlahiyyətlərini genişləndirmək üçün keçirdiyi referendumdan sonra geri alınmışdı. AŞPA bunu qeyri-demokratik addım adlandırmışdı.

Yenidən “xüsusi qonaq” statusunu bərpa etsə, Belorusun millət vəkilləri Parlament Assambleyasının işinə qatıla biləcək.

Belorusda müxalifətdə olan Xalq Cəbhəsi liderinin müavini Aşropa Şurasının qonaq statusunu bərpa etmək qərarının səhv addım ola biləcəyini bildirib. Onun fikrincə, bundan əvvəl Belorus hakimiyyəti öz hərəkətlərini Avropa Şurasının prinsiplərinə uyğunlaşdıracağına dair öhdəlik götürməlidir.
XS
SM
MD
LG