Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:29

«Livan həftəbecərində erməni siyasi qüvvəsi»


Livan erməniləri Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərinə etiraz edirlər, 3 yanvar 2007
Livan erməniləri Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərinə etiraz edirlər, 3 yanvar 2007
«Onların siyasi orqanları qayda-qanun modelidir. Onların sosial xidmətləri dövlət daxilində virtual dövlətdir. Onların düşmənləri isə bu insanları Suriya və İranın girovu olmaqda ittiham edirlər. Onlar livanlı erməni xristianlarıdır. Yaxın Şərqin ən qeyri-adi və az başa düşülən icması. Onlar bir az bu ərazidə yerləşən şiə yaraqlı qrupu «Hizbullah» təsiri bağışlayırlar və bu, təsadüfi deyil».

Robert Uorsun «Nyu York Times»də dərc olunmuş «Livan həftəbecərində erməni siyasi qüvvəsi» adlı yazısında belə deyilir.

LİVANDA ERMƏNİLƏRİN ÖZ MƏKTƏBLƏRİ, XƏSTƏXANALARI, QƏZETLƏRI VAR

Yazıda bildirilir ki, keçən ay ermənilərin əsas siyasi bloku qarşıdan gələn seçkilərdə parlamentdəki Amerikayönümlü çoxluğa əks olan «Hizbullah» müttəfiqinə dəstək qərarı verdi. Ermənilər kimin qalib gəlib-gəlməyəcəyində əsas rol oynaya bilərlər.

Bu da ermənilərə, yəhudilərdən sonra bu regionda ən çox yayılmış etnik qrupa qarşı diqqəti artırıb. Livanda onların öz məktəbləri, xəstəxanaları, qəzetləri var. Onlar özünəməxsus əlifbası olan doğma dillərində danışırlar. Dünyanın 35 ölkəsində fəaliyyət göstərən, bütün dünyada gizli komitələri olan erməni siyasi partiyası Daşnaksütun ildə 4 dəfə görüşür. Ermənilərin 1915-1918-ci illərdə türklərin onlara qarşı soyqırımı törətməsi iddiaları onlara milli kimliklərini tanımaqda və geniş yayılmış diasporalarında köməklik edir. Beyrutdakı «Haigazian» erməni universitetinin prezidenti Paul Haidostan deyir ki, bu, sərhədlərdən kənardakı gizli milliyyətçilik hissidir.

Müəllif bildirir ki, ermənilərin siyasi rəqibləri onları Suriya və İranda olan erməni əhalisini qorumaq üçün «Hizbullah» tərəfə keçməkdə ittiham edirlər. Lakin erməni siyasi liderləri bildirirlər ki, onlar tamamilə müstəqildirlər və Livanın iki əsas siyasi partiyasına qarşı da heç bir ideoloji rəğbətləri yoxdur. Onlar iddia edirlər ki, müxalifətlə bərabər səsverməyə qatılırlar. Bunun da yerli və prqamatik səbəbləri var. Bu, onlara ermənilərin daha çox yaşadıqları yerlərdən parlament seçkilərində seçilmə imkanı qazandırır. Daşnaksütun Partiyasının Livan üzrə rəhbəri Hoviq Mexitarian deyir ki, onlara erməni icmasını təmsil edəcək nümayəndələr lazımdır. O deyir ki, ermənilər nə iqtidarın, nə də müxalifətin tərəfindədirlər. Bu da təriqətlərin qarşılıqlı şübhə içində yaşadığı Livan üçün kifayətdir. Bu təriqətlər öz maraqlarını qorumağa daha çox xidmət edirlər, nəinki milli və regional maraqları.

ZƏİF DÖVLƏTÇİLİK ONLARA AYRICA XALQ KİMİ YAŞAMAQ İMKANI VERİR

Məqalədə deyildiyinə görə, hətta Livanda da ermənilər öz müstəqilliklərini saxlayırlar. 1975-1990-ci illər vətəndaş müharibəsində ermənilər hansısa tərəfə meyllənməkdən boyun qaçırdılar. Daşnaksütun Partiyası erməniləri Livanda qalmağa çağırdı.

Haidostan belə bir xatirəsini danışır ki, o yoxlanış məntəqəsinə yaxınlaşanda, ondan soruşurmuşlar ki, o müsəlmandır yoxsa xristian? O da deyərmiş ki, erməndir və bu, üçüncü kateqoriya kimi səslənərmiş və ona sual verənlər özlərini itirib nə edəcəklərini bilməzlərmiş.

Müəllifə görə, təhlükəli olsa da, bir çox ermənilər Livanı yaşamaq üşün əlverişli yer hesab edirlər. Əsasən də ona görə ki, buradakı zəif dövlətçilik onlara ayrıca bir xalq kimi yaşamaq imkanı verir. Ermənilər Livanda azadlıq və təhlükənin qarışdığı bir şəraitdə yaşayırlar. Onlar öz mədəniyyətləri və dinlərini saxlamaqda sərbəstdirlər. Lakin ümumi icmaya qarışmaqda belə böyük sərbəstlikləri yoxdur. ABŞ-da onlar kənar millətlərlə evlənsələr və ingilis dilində danışsalar da, burada belə deyil.

Siyasətə gəlincə isə, Livan parlamenitin Daşnaksütun Partiyasından olan üzvi Haqop Pakradounian deyir ki, siyasətdə heç də həmişə bitərəf qalmaq olmur:

«Amma biz hamı ilə dil tapmağa çalışırıq».

Şərhinizi yazın.
XS
SM
MD
LG