Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Zəhərlənən əsgərlər hələ də reanimasiyadadır


Hərbi hissədə zəhərlənən əsgərlərdən 6-ı hələ də reanimasiya şöbəsindədir. Bu barədə «ANS»ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. O, əsgərlərin səhhətinin kafi olduğunu bildirib.

Nazirlik bəyan edir ki, əsgərlərdən götürülən bakteroloji və laborator nümunələrin nəticələri yaxın günlərdə məlum olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Mayın 6-da Qaradağ rayonunda, Qaraheybət Ümumqoşun Təlim Mərkəzində əsgərlərin kütləvi zəhərlənməsi qeydə alınıb. 164 əsgərin 6-sı istisna olmaqla, digərlərinin mədə-bağırsağı yuyulduqdan sonra hərbi hissəyə geri qaytarılıb.
Hadisəylə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG