Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

İranda orta təbəqə Əhmədinejatı yıxa bilər


İranın hazırkı prezidenti Mahmud Əhmədinejatın siyasətindən narazı olanların sayı xeyli artıb
İranın hazırkı prezidenti Mahmud Əhmədinejatın siyasətindən narazı olanların sayı xeyli artıb
Mayın 30-da «Vaşinqton Post» qəzeti İranda qarşıdan gələn prezident seçkilərini təhlil edən yazı dərc edib. Müəllif Tomas Edbrink Tehranda seçicilərlə və siyasi müşahidəçilərlə bir qədər vaxt keçirərək belə bir qənaətə gəlmişdir ki, Xüsusilə də şəhər əhalisi və orta təbəqənin təmsilçiləri arasında öz nüfuzunu itirən İran prezidenti qarşıdan gələn seçkilərdə uduza bilər.

Müəllif yazır ki, 2005-ci ilə Tehranın 12 milyonluq əhalisinin böyük bir qismi seçki sisteminə etirazlarını ifadə edərək prezident seçkilərini boykot ediblər. Bu il, iyunun 12-də həmin adamların çoxu seçkiyə gedərək Əhmədinejatın əleyhinə səs verəcəklər.
İran əhalisinin 70 faizi şəhərlərdə yaşayır və onlar əhaliyə daha çox hüquqların verilməsi, şəxsi azadlıqların artırılması və başqa dövlətlərlə daha yaxşı əlaqələrin qurulması tərəfdarı kimi çıxış edirlər


Faranak, Tehranda yaşayan evdar qadın jurnalistlə söhbətində deyir: «Mən heç vaxt heç kimə səs verməmişəm, çünki mən bu sistemi xoşlamıram, amma bu dəfə bütün ailəmi gətirəcəyəm ki, Əhmədinejatın opponentlərindən birinə səs verək».

Tanınmış İran aktrisası Leyli Rəşidi deyir ki, Əhmədinejatın daha 4 il qalması fəlakət olar. «Bu hökumətin dönəmində orta təbəqə çürüyür»-deyə Rəşidi davam edir: «Biz Əhmədinejatı iri səs çoxluğu ilə qovmalıyıq, yoxsa hamımız batacağıq».

Qəzet yazır ki, adətən siyasətə qarışmaqdan çəkinən xeyli adam – məşhur sənət adamları, idmançılar və alimlər Rəşidinin dediklərinə qoşulub seçki kampaniyası mitinqlərində çıxışlar edirlər.

Qəzet yazır ki, İran əhalisinin 70 faizi şəhərlərdə yaşayır və onlar əhaliyə daha çox hüquqların verilməsi, şəxsi azadlıqların artırılması və başqa dövlətlərlə daha yaxşı əlaqələrin qurulması tərəfdarı kimi çıxış edirlər.

Əhmədinejatın hakimiyyəti dönəmində dövlət müəssisələrində işləyən bir çox professionallar işdən çıxarılıblar və Əhmədinejatın tərəfdarları ilə əvəzləniblər, İran iqtisadiyyatının 20 %-ni təşkil edən şəxsi sahibkarlar Çin mallarının ölkə bazarlarını bürüməsindən zərər çəkiblər, inflyasiya 30 %-ə çatıb və ölkənin paytaxtında ev qiymətləri ikiqat artıb.

Qəzet qeyd edir ki, belə bir şəraitdə Əhmədinejatın prezident seçkilərindəki rəqibləri – keçmiş baş nazir Mir Hüseyn Musəvi və din xadimi Mehdi Karrubi xalqa daha yaxşı gələcək vəd edərək seçki kampaniyası aparırlar. Onlar söz verirlər ki, hakimiyyətə gəldikləri təqdirdə Əhmədinejat prezident olandan bəri İranın əsas şəhərlərində fəaliyyətə başlamış «əxlaq polisini» ləğv edəcəklər.

Həmin bu əxlaq polisi şəhərin gur yerlərində, iri mağazaların girəcəklərində dayanaraq minlərlə qadını «İslama zidd geyimlərdə gəzmək» ittihamı ilə həbs edib polis məntəqələrinə aparmışdır. Tina – jurnalistin müsahibə aldığı digər bir yerli sakin deyir ki, belə addımlar adamlar arasında vahimə atmosferi yaradır ki, keçmiş prezident Məhəmməd Xatəminin dövründə belə bir şey yox idi. Müəllif onu da qeyd edir ki, hazırda Xatəmi Əhmədinejatın opponenti Mir Hüseyn Musəvini müdafiə edir.
XS
SM
MD
LG