Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi yazıçı Afaq Məsud «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin qonağı olub.
-Afaq xanım işləriniz necə gedir?
- İş deyəndə ki, mənim nəinki yaradıcılığım, ümumiyyətlə mövcudluğum yazı ilə bağlıdır, və yaxşı gedir. Pis o vaxt gedir ki, mən o yazının içindən çıxıram. Ədəbiyyat mənimçün ərazidir. Və mən çox vaxt o ərazidə yaşayıram.
- Coğrafi məkandır?
- Coğrafi yox, duyğu məkanıdır.
- Deyək ki? Roman yazırsınız, ona girmək asandı ya çıxmaq?
-Çıxmaq çox asandı əlbəttə. Çünki istədiyin vaxt yarımçıq saxlaya və ya istədiyin fəsildə yekunlaşdırıb çıxa bilərsən. Ancaq başlamaq çox çətindir.
-Tənha qalmaq üçün qışda gedib bağda yazırdınız. Bunu hansısa mənada ölüb dirilmək adlandırmaq olar?
- Yox, mən o qarda, çovğunda bağa gedib yazanda əslində dirilmək istəmişəm. Çünki həmin vaxt o romanı elə bir kulminasiya nöqtəsinə gəlib çatmışdım ki, orada cüzi bir səs artıq məni məhv edirdi. Bağa qızımı da aparmışdım. Uşaq xəstələndi, yoldaşım da əsəbi halda gəldi ki, sən bu yazılarınla hamımızın axırına çıxacaqsan.
- İntihar eləmək heç gəlib ağlınıza?
- Yox, mən Allahı sox sevirəm, Ona çox bağlı adamam. Dediyim o ərazi də əslində Allahı duyduğum və Onunla təmasda olduğum bir ərazidir. Həyatım çox çətin və iztirablı olub. Ancaq onların hamısının içindən Allahın köməyi ilə, həmin o ərazi ilə mən çox asanlıqla sivişib çıxmışam.
- Bax o iztirablı həyat, yaradıcılığın formalaşdırdığı ötkəmlik, özü üçün dayana bilmək adəti və bütün bunlarla yanaşı siz həm də ailə qurursunuz. Necə olur bu? Təəccüblənmirəm, amma maraqlıdır.
- Əslində bu elə təəccüblüdür. Mən ailə quranda 20 yaşım var idi. Və təzəcə qələmimi sınayırdım. Heç vaxt da ağlıma gəlməzdi ki, hobbi kimi başladığım yazı mənim həyatımın mənasına çevriləcək. Və qurduğum ailənin içində maddi, məişət problemlərini yaşayaraq həm də xətasız çıxa biləcəyəm oradan. Amma əlbəttə ki, təəccüblüdür. Elə bil ki, hansısa bir quşun, məsələn hacıleyləyin incə ayaqlarından, qanadlarından və hər yerindən çoxlu daş asılıb. Təsəvvür edin ki, gərək bu hacıleyləyin göylərə uçmaq həvəsi nə boyda olsun ki, o həmin yüklə uçsun. Və mən o daşları heç vaxt atmamışam. Onlarla uçmuşam.
-Birdən o yük qırılsa, hacıleylək hara uçardı?
-Elə əvvəl uçduğu yerlərdə də uçardı. Amma daha pərvazla, daha əziyyətsiz uçardı və daha çox sevinərdi göylərin genşliyinə.
-Bunu sizin Azadlıq haqqında təsəvvürünüz adlandırmaq olar?
- Əlbəttə. Mənim üçün Azadlıq daxili azadlıqdır. Mən o azadlığın hesabına tamamilə tək yaşayıram. Baxmayaraq ki, adamların arasındayam. Azadlıq odur ki, insanın daxilində həm özü-özü ilə harmoniyası olsun, həm də içində özünə xəyanət eləməsin. Məsələn mən daxilən azad olduğum üçün heç vaxt buna getməmişəm.
- Hansı əzablar daha iztirablıdır?
- Mənim üçün ən iztirablı məqam odur ki, olduğum ərazinin abı havasını kağıza köçürmək ovqatındayam amma buna imkan yoxdur. Ailə və ya cəmiyyətlə bağlı hansısa məsələlər bu işdə sənə mane olur və sən onu edə bilmirsən. Əgər mənə istədiyimi kağıza köçürməyə ardıcıl şəkildə tamamilə imkan verməsələr bax onda ola bilər ki, mən o bayaq dediyiniz intiharı edim.
-Deməli bunu bilən adam sizin axırınıza da çıxa bilər?
-Bəli, elədir. Bunu açıq deyirəm, kim məni məhv eləmək istəsə (gülür)…
- Niyə yazdınız, bəlkə başqa işlə məşğul olmaq olardınız? Allahın qəzasıydı, ya nə idi bu belə?
-Yox, mən bunu qəza deyil böyük xoşbəxtlik hesab edirəm. Mənim yazmağım daha çox yoldaşım və övladlarım üçün qəza ola bilər. Çünki yazmağımla mən onlara mane oluram. Yəni onlar itirirlər. Mən özümü çox xoşbəxt sayıram.
-Qorxu nədir ?
- Ümumiyyətlə son illər o uçduğum, gəzişdiyim yerlərdə gözümə qorxu dəymir. Son illər mən qorxu hiss eləmirəm.
- Amma əvvəllər hiss edirdiniz?
- Əvvəllər his edirdim.
- Nədən ?
-Çox şeydən. Məsələn, qorxurdum ki, birdən mən tək qalaram. Yol gedəndə fikirləşirdim ki, birdən yoldaşımı bezdirərəm, o məni atar…