Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

«Nazarbayev hər küncdən bizə baxır»


«Paytaxda hər ikinci lövhədə Nazarbayevin şəkli əks olunub»
«Paytaxda hər ikinci lövhədə Nazarbayevin şəkli əks olunub»
Mayın 23-ü Aşqabad sərgisində çoxlu milli, əldə toxunma xalçaları ilə ənənəvi Türkmən Xalçası Günü qeyd edildi. Bu xalçaların içində ən böyüyü və ən rəngarəngi prezident Qurbanqulu Berdiməhəmmədovun şərəfinə toxunan xalça idi.

Türkmənlər əvvəlki prezidnet Saparmurad Niyazovun hakimiyyəti zamanı da «türkmən xalqının atası» adlandırılan prezidentin şəklini hər yerdə görməyə öyrəşmişdilər. Bu şəxs ölkənin hər yerində çox fəal olaraq şəxsiyyətə pərəstişi təbliğ etmişdi. Berdiməhəmmədov hakimiyyətə gələndən sonra da çox az şey dəyişdi.

PREZİDENTİN ŞƏKİLLƏRİ HƏR YERDƏDİR

Türkmənistan qəzetləri və jurnalları müntəzəm olaraq üz qabıqlarında Berdiməhəmmədovun şəkillərini dərc edirlər. Dövlətə məxsus bütün nəqliyyat növləri - avtobuslar, trolleybuslar, yük maşınları ön pəncərələrinə prezidentin şəkillərini vururlar.

Prezidentə bu cür pərəstiş Orta Asiyanın digər ölkələrinə də xasdır. Regiondakı prezidentlər ənənəvi olaraq siyasi uzunömürlülüyü təbliğ edir, çoxlu sayda şəkillərin, heykəllərin olmasından, onları tərənnüm edən kitabların dərcindən ləzzət alırlar.

Bütün region boyu dövlətə məxsus kanallarda xəbər bülletenləri ölkə prezidentinin görüşləri, səfərləri, nitqləri ilə başlayırlar. Prezidentdən gətirilmiş sitatların yazıldığı böyük lövhələr xəstəxana palatasından tutmuş ucqar kəndin avtobus dayanacağına qədər yerləşdirilib.

Kənd icmasından tutmuş yüksək icra orqanlarına qədər hökumət rəsmiləri öz otaqlarında prezidentin şəklini asırlar. Onların kitab rəflərini prezidentin kitabları bəzəyir, bu kitabların çoxu da bahalı kağızda çap olunur.

Filosof Niyazi Mehdi deyir ki, Azərbaycanda şəxsiyyətə pərəstiş olsa da, bəzi Orta Asiya ölkələrindəki kimi deyil.

«NAZARBAYEV HƏR KÜNCDƏN BİZƏ BAXIR»

Qazaxıstanın paytaxtı Astananın sakinləri isə deyirlər ki, elə bil ki, ölkə prezidenti Nursultan Nazarbayev hər küncdən onlara baxır. «Azadlıq» radiosunun Qazaxıstan xidmətinin verdiyi məlumata görə, paytaxda hər ikinci lövhədə Nazarbayevin şəkli və ya onun kitab və nitqlərindən ifadələr əks olunub.

Tacikistanda isə «zati aliləri» deyə müraciət edilən prezident İmaməli Rəhman bütün məmurlara tapşırıb ki, öz otaqlarından onun portretlərini və əksi olan xalçaları yığışdırsınlar. Onun əmrindən sonra ölkədə uzun müddət boş qalmış lövhələr gözə dəyirdi.

«OXUNMAYACAQ KİTABLAR»

Tacikistanın paytaxtı Düşənbədə çalışan jurnalist Kironşob hesab edir ki, bu, uzun çəkməyəcək və prezidentin şəkilləri yenidən qaytarılacaq. Onun sözlərinə görə, nazirlər və məmurlar bununla prezidentə sadiqliklərini nümayiş etdirirlər:

«Birinci dəfə deyil ki, ölkə prezidenti belə əmr verir. O, əvvəllər də rəsmi olaraq adı, şəkilləri və sözlərindən istifadə etməməyə çağırıb. Amma təəssüf ki, onun son tapşırığı da beş il ərzində unudulacaq».

Özbəkistanda isə prezident İslam Kərimov öz ədəbi ambisiyası ilə tanınır və
onun kitablarının 30 milyon tirajı var.

Bu kitabları bütün tələbələr və professorlar oxumalıdır. Lakin adi adamlar arasında bu kitablar «oxunmayacaq kitablar» kimi tanınır.

Şərhinizi yazın.
XS
SM
MD
LG