Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:57

«Prezidentlər fikir ayrılıqlarını azaldıblar»


ATƏT-in Minsk Qrupunun həmsədrləri - Soldan - Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya)
ATƏT-in Minsk Qrupunun həmsədrləri - Soldan - Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya)
Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 4-dəki görüşləri barədə bəyanat yayıblar.

İyunun 5-də yayılan birgə bəyanatda deyilir: “Dövlət başçıları münaqişənin nizamlanmasında əsas olacaq baza prinsilərində razılaşmadıqları məsələlərin sayını azaldıblar.

Bu cür müsbət inkişafa görə prezidentlər həmsədrlərdən diplomatik fəallıqlarını gücləndirməyi xahiş ediblər. Dövlət başçıları həmsədrlərə tapşırıblar ki, hələlik danışıqları üçün əsas olan Madrid sənədində yeni və əsas mövzuları müzakirəyə təqdim etsinlər.”

Həmsədrlər qeyd edirlər ki, prezidentlər onların yeni görüş təklifini də qəbul ediblər. Mümkün olsa, Azərbaycan və Ermənistan prezidentləri iyul ayında yenidən görüşəcəklər.
XS
SM
MD
LG