Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:58

ABŞ və Fransa İranı nüvə proqramından əl çəkməyə çağırıblar


ABŞ və Fransa prezidentləri İranı nüvə proqramından əl çəkməyə çağırıblar.

Barak Obama Kan şəhərində keçirdikləri görüşdən sonra jurnalistlərə açıqlamasında bir daha deyib ki, bu məsələ diplomatik yolla həll olunmalıdır.

Nikole Sarkozi isə İran prezidenti Mahmud Əmədineyadın məsuliyyətsiz bəyanatlarından narahat olduğunu deyib.

Prezidentlər müttəfiq qoşunların Fransanın şimalına girməsinin 65 illiyiylə bağlı mərasimdə də iştirak edəcəklər.

ABŞ, Britaniya, Kanada və digər ölkələrdən olan müttəfiqlər qoşunlar Nasis qüvvələrini Qərbi Avropadan çıxarmaq və 2-ci dünya müharibəsinə son qoymaq üçün 1944-cü ilin iyunun 6-da Normandiyaya girdilər.

Barak Obama bundan əvvəl Almaniya və Yaxın Şərqdə olub.

O Misirin paytaxtı Qahirədə çıxış edərkən Müsəlman dünyasıyla yeni əlaqələrə çağırıb.
XS
SM
MD
LG