«Yeni Müsavat» qəzeti Azərbaycan ordusunda ötən il baş vermiş zorakılıq halları ilə bağlı istintaq materiallarının dərcini davam edir. Növbəti məqalədə qeyd olunur ki, bu il mayın əvvəlində Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb. İttiham aktına görə, «N» saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Cavadov kiçik çavuşlar - Elçin Məmmədov, Samir Tağıyev və əsgər Süleyman Əliyevlə əlbir olaraq tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. «Zorlama səhnələrini internetdə yerləşdirəcəyik» «Yeni Müsavat» qəzetinin iddiasına görə, adı hallanan hərbçilərdən ikisi xidmət etdikləri bir postdan digər döyüş postuna gedərkən «mağara» deyilən yerdə erməni kəşfiyyatçısı ilə görüşüblər. Görüş zamanı başında qara maska olan şəxs özünü onlara Andrey kimi təqdim edib. Həmin vaxt qayalıqların arxasından çıxan digər maskalı videokamera ilə azərbaycanlı hərbçilərin Andreylə görüşünü çəkib. Maskalı onları özlərinə məxsus və 700-800 metr aralıda yerləşən postlarına aparıb. Qəzet ittiham aktındakı məhkəmə-tibb ekspertizasının rəyinə əsaslanaraq yazır ki, hər ikisi orada cinsi təcavüzə məruz qalıblar. Ermənilər zabitlə çavuşun zorlanma səhnəsini videokameranın yaddaşına köçürüblər, verəcəkləri tapşırıqlar yerinə yetirilməyəcəyi təqdirdə onu internetdə yayacaqları ilə hədələyiblər. «Yeni Müsavat» qəzeti bildirir ki, bu hadisədən sonra azərbaycanlı hərbçilər mütəmadi olaraq ermənilərlə görüşüb onlara ordunun mövqeləri barədə məlumat veriblər. Bu cür görüşlərdən birində Andrey hərbçilərə yayda məzuniyyətə çıxanda onlara partlayıcı maddə verəcəyini deyib və partlayıcını Bakıda qatara və ya avtobusa qoymağı tapşırıb. Cinayət işində adı keçən hərbçilər Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər. HƏMÇİNİN OXU: Orduda zorlama və casus qalmaqalı |
Azadlıq Trend
1