Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:23

Universitetdən qovulan tələbəyə məhkəmə barışıq təklif edib


Lənkəran Dövlət Universitetindən qovulan tələbə Pərviz Əzimova məhkəmə barışıq təklif edib. Bu barədə «Azadlıq» radiosuna Pərviz Əzimovun özü məlumat verib.

O, bildirib ki, iyunun 11-də Lənkəran Şəhər Məhkəməsində onun iddiasına baxılıb: «Mən dedim ki, bir şərtlə barışaram ki, Lənkəran Dövlət Universiteti mənən sənəd versin ki, mən həqiqətən də universitetə bərpa olunuram. Gözlənilir ki, qarşı tərəf iddianı etiraf edəcək».

P. Əzimov gələn həftə məhkəmə prosesinin davam edəcəyini deyib.

Sonuncu kursda oxuyan P.Əzimov bu ilin martında Lənkəran Dövlət Universitetindən xaric edilib. Onun daxili nizam-intizam qaydalarını pozduğu bildirilir. P.Əzimovun özü isə universitetdəki rüşvət və korrupsiya hallarından yazdığına görə qovulduğunu iddia edir.
XS
SM
MD
LG